Geri

09 sentyabr 2019-cu il saat 12:00-dək:

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 45 m² olan gözəllik salonunda 1 ədəd elektrik lövhəsi və məişət texnikası yanıb, yüksək temperaturdan lambirindən ibarət divar üzlüyü 1 m² sahədə əriyib. Salonun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Geri

09 sentyabr 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri vətəndaşa köməklik göstərib.

Geri

09 sentyabr 2019-cu il saat 07:45-dək:

Bakı şəhərinin Binəqədi rayonunda "İran Khodro" markalı minik avtomobilinin mühərrik hissəsi və qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 80 m² olan talvarın yanar konstruksiyaları, talvarın altına yığılan rezin qəliblər 10 m² sahədə, bitişik 4 m² olan taxtadan ibarət köməkçi tikili və içərisində 1 ədəd məişət avadanlığı yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəki şəhərində ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 1.5 ton ot bağlaması yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.