Geri

09 sentyabr 2019-cu il saat 07:45-dək:

Bakı şəhərinin Binəqədi rayonunda "İran Khodro" markalı minik avtomobilinin mühərrik hissəsi və qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 80 m² olan talvarın yanar konstruksiyaları, talvarın altına yığılan rezin qəliblər 10 m² sahədə, bitişik 4 m² olan taxtadan ibarət köməkçi tikili və içərisində 1 ədəd məişət avadanlığı yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəki şəhərində ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 1.5 ton ot bağlaması yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.