Geri

20 sentyabr 2019-cu il saat 19:30-dək:

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd elektrik sayğacı, 6 ədəd qoruyucu açar və 4 p.m elektrik kabeli yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

20 sentyabr 2019-cu il saat 17:30-dək:

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 12 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Bitişik talvar və ot tayası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

20 sentyabr 2019-cu il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşa köməklik göstərib.
Geri

20 sentyabr 2019-cu il saat 08:00-dək:

Salyan rayonunun Quyçu kəndində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Lerik rayonunun Təbrizli kəndində ümumi sahəsi 97 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 54 m² sahədə və damına yığılan 5 ton ot bağlamasının 4 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hacıqabul rayonunun Meyniman kəndində 15 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.