Geri

19 sentyabr 2019-cu il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının fasadına vurulan aqlay daşlarının qoparaq yerə tökülməsi barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər ərazidə təxirəsalınmaz tədbirlər həyata keçirib, sakinlərin təhlükəsizliyini təmin ediblər.

Geri

19 sentyabr 2019-cu il saat 16:30-dək:

Abşeron rayonunun Xırdalan şəhərində 4 ədəd "Kia" markalı yük avtomobilinin yanar hissələri yanıb. Ərazidəki tikililər və digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunun Bala Kəhrizli kəndində 3,2 ton pambıq bağlamasının 1 tonu yanıb. Pambıq bağlamalarının qalan hissəsi və yaxınlıqdakı kombayn yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Geri

19 sentyabr 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonı üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda biri azyaşlı olmaqla 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşlara müvafiq köməklik göstərib.

Geri

19 sentyabr 2019-cu il saat 08:30-dək:

Yevlax şəhərinin Ərəş kəndində ümumi sahəsi 150 m² olan tövlənin çardağının yanar konstruksiyaları 110 m² sahədə və çardağına yığılan 16 ton ot bağlamasının 10 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Gəncə şəhərində ümumi sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları, altına yığılan 15 m³ metr taxta material və bir ədəd dəzgah yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.