Geri

19 sentyabr 2019-cu il saat 08:30-dək:

Yevlax şəhərinin Ərəş kəndində ümumi sahəsi 150 m² olan tövlənin çardağının yanar konstruksiyaları 110 m² sahədə və çardağına yığılan 16 ton ot bağlamasının 10 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Gəncə şəhərində ümumi sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları, altına yığılan 15 m³ metr taxta material və bir ədəd dəzgah yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.