Geri

12 sentyabr 2019-cu il saat 18:30-dək:

Bərdə rayonunun Zümürxan kəndində ümumi sahəsi 66 m² olan saunanın yanar konstruksiyaları və taxta üzlüyü 30 m² sahədə yanıb. Saunanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

12 sentyabr 2019-cu il saat 14:00-dək:

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının on yeddinci mərtəbəsində quraşdırılan elektirik lövhəsində 5 ədəd elektirik sayğacı və 3 ədəd elektirik açarı yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göyçay şəhərində beşmərtəbəli yaşayış binasının ikinci və beşinci mərtəbələri boyunca eyvanlar və orada olan əşyalar 39 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Geri

12 sentyabr 2019-cu il saat 07:45-dək:

Sumqayıt şəhərində ümumi sahəsi 30 m² olan avtomobil təmiri sexinin içərisində elektrik sayğacı, 5 p.m elektrik kabeli və avtomobil mühərriki yanıb. Yüksək temperaturdan sexin lambirindən ibarət tavanı 30 m² sahədə əriyib və içərisində "Mercedes" markalı minik avtomobilinin qapısı deformasiyaya uğrayıb. Sex və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şabran rayonunun Çölquşçu kəndində 12 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.