Geri

10 sentyabr 2019-cu il saat 19:00-dək:

Astara rayonunun Şahağac kəndində ümumi sahəsi 260 m² olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 4 otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 130 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sabirabad rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Geri

10 sentyabr 2019-cu il saat 16:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində, Sumqayıt Dənizkənarı Bulvarı ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.​

Geri

10 sentyabr 2019-cu il saat 08:15-dək:

Şəki şəhərində "Mitsubishi" markalı minik avtomobilinin mühərrikinin yanar hissələri, idarəetmə lövhəsi və qabaq təkərləri qismən yanıb, yüksək temperaturdan ön şüşəsi əriyib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

 

Geri

10 sentyabr 2019-cu il saat 05:00-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 3 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İmişli şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin qamışdan ibarət tavanı 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.