Geri

31 avqust 2019-cu il saat 15:45-dək:

Gədəbəy rayonunun Arısu kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli 8 otaqlı evin ikinci mərtəbəsində bir otağın tavanı 20 m² və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Geri

31 avqust 2019-cu il saat 12:00-dək:

Lerik rayonunun Təbrizli kəndində ümumi sahəsi 80 m² olan tövlənin çardağının yanar konstruksiyaları və içərisinə yığılan 6 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Zaqatala rayonunun Yolayrıc kəndində ümumi sahəsi 100 m² olan taxta konstruksiyadan ibarət tövlənin tavanı və çardağının yanar konstruksiyaları 24 m² sahədə, çardağına yığılan 1,5 ton ot bağlamasının 700 kq yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Geri

31 avqust 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

31 avqust 2019-cu il saat 08:45-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan taxtadan ibarət tikilinin yanar konstruksiyaları 94 m² sahədə, bitişik ümumi sahəsi 10 m² olan köməkçi tikili və yaxınlıqda ümumi sahəsi 200 m² olan ikimərtəbəli mağazanın dam örtüyünün yanar konstruksiyaları 4 m² sahədə yanıb. Tikilinin və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Lənkəran şəhərinin Digah kəndində ümumi sahəsi 500 m² olan tövlənin yanar konstruksiyaları 250 m² sahədə və tövlənin içərisinə yığılan 40 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.