Geri

25 avqust 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nəsimi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda iki nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

25 avqust 2019-cu il saat 08:30-dək:

İmişli rayonunun Çaxırlı kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qəbələ rayonunun Seyidqışlaq kəndi yaxınlığında meşə ərazisində 50 ha kol-kos, quru ot yanıb. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhəri, Qaradağ rayonu ikimərtəbəli yataqxana binasının birinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin 3 otağının yanar konstruksiyaları 58 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhəri, Xətai rayonunda "Kia" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəki şəhərinin Aşağı Göynük kəndi ərazisində 250 ha sahədə kol-kos və quru ot yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qəbələ rayonu, Soltannuxa kəndində ümumi sahəsi 70 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 1,2 ton ot bağlaması yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qobustan rayonunda 20  ha biçilmiş taxıl sahəsi, 11 ha  quru ot və kol-kos, ümumi sahəsi 120 m² olan talvarın yanar konstruksiyaları və altına yığılmış 10 ton ot bağlaması, yaxınlıqda dayanan traktorun arxa təkəri, digər traktorun yanar hissələri və istifadəyə yararsız “PAZ” markalı avtobusun arxa təkərləri yanıb. Yaxınlıqdakı tikililər və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb; 

Quba rayonunun Xucbala kəndində hazırda fəaliyyət göstərməyən  ümumi sahəsi 400 m² olan meyvə emalı sexinin içərisinə yığılmış  3 ton ot bağlaması, yaxınlıqda ümumi sahəsi 250 m² olan qazanxananın dam örtüyü 50 m² sahədə, 1 ha sahədə  quru ot və kol-kos yanıb. Tikili və qazanxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb; 

Şəki şəhəri Aşağı Daşağıl kəndində ümumi sahəsi 12  m² olan  tövlənin yanar konstruksiyaları, içərisinə yığılan 1 ton ot bağlaması və bitişik ümumi sahəsi 72 m² olan  tövlənin  yanar konstruksiyaları, içərisinə yığılan 4 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb; 

Siyəzən rayonunun Qalaaltı kəndi ərazisində meşə zolağında 50 ha sahədə quru ot və kol-kos yanıb. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb; 

Sumqayıt şəhərində ümumi sahəsi 1800 m² olan üçmərtəbəli şadlıq sarayı kimi fəaliyyət göstərən tikilinin üçüncü mərtəbəsində ümumi sahəsi 72 m² olan otağın yanar konstruksiyaları və dam örtüyü 72 m² sahədə yanıb. Yanğın zamanı şadlıq sarayında olan vətəndaşlar yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Şadlıq sarayının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Lerik rayonunun Soru kəndində ümumi sahəsi 36 m² olan tövlənin dam örtüyü və içərisinə yığılan 6 ton ot bağlaması  yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb; 

Şəki şəhəri Aşağı Küngüt kəndində ümumi sahəsi 81 m² olan birmərtəbəli  4 otaqlı  evin  yanar konstruksiyaları və yaxınlıqda 3 ha kol-kos yanıb. Yaxınlıqdakı tikililər  yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Quba rayonunun Rustov kəndində ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına  yığılan 2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının qamışdan ibarət tavanı 20 m² sahədə yanıb. Evin  qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.