Geri

24 avqust 2019-cu il saat 22:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıya köməklik göstərib.

Geri

24 avqust 2019-cu il saat 22:15-dək:

Sumqayıt şəhərində “Nur” şadlıq sarayında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı şadlıq sarayında olan 300 nəfərə qədər vətəndaş və 60 nəfər personal təhlükəsiz əraziyə təxliyə edilib.

Xəsarət alan olmayıb.

Əlavə məlumat veriləcək.​

Geri

24 avqust 2019-cu il saat 22:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində “Nur” şadlıq sarayında yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.​

Geri

24 avqust 2019-cu il saat 21:00-dək:

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Lənkəran şəhərində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Geri

24 avqust 2019-cu il saat 18:00-dək:

Şamaxı rayonunun Muğanlı kəndi ərazisində 4 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri və Mülki müdafiə qoşunlarının canlı qüvvələri tərəfindən söndürülüb.

Geri

24 avqust 2019-cu il saat 16:30-dək:

İsmayıllı rayonunun Pirəbilqasım kəndi ərazisində dağlıq ərazidə 6 ha sahədə əsaən quru ot, kol-kos və qismən ağaclar yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin ərazi üzrə yerli bölmələrinin əməkdaşları tərəfindən söndürülüb.​

Geri

24 avqust 2019-cu il saat 16:00-dək:

Ağsu rayonunun Kəndəxan kəndi ərazisində dağlıq ərazidə 40 ha sahədə əsaən quru ot, kol-kos və qismən ağaclar yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri, tərəfindən söndürülüb;

Geri

24 avqust 2019-cu il saat 15:45-dək:

Şamaxı rayonunun Meysəri kəndi ərazisində dağlıq ərazidə 6 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri və Mülki müdafiə qoşunlarının canlı qüvvələri tərəfindən söndürülüb.

Geri

24 avqust 2019-cu il saat 15:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun Çiçi kəndi yaxınlığında dağlıq ərazidə quru ot və kol-kos yanması barədə məlumat daxil olub. Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası cəlb edilib. Hazırda yanğının söndürülməsi və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

24 avqust 2019-cu il saat 14:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şamaxı rayonunun Meysəri kəndi yaxınlığındakı ərazidə quru ot və kol-kos yanması barədə məlumat daxil olub. Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası cəlb edilib. Hazırda yanğının söndürülməsi və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

24 avqust 2019-cu il saat 12:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda ikisi azyaşlı olmaqla 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşlara köməklik göstərib.

Geri

24 avqust 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

24 avqust 2019-cu il saat 08:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 80 m² olan plastmas məmulatları istehsalı sexinin içərisində 10 m² sahədə plastmas məmulatlar və sexin ərazisində 10 m² sahədə məişət tullantıları yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində sement zavodunun ərazisində (hazırda fəaliyyət göstərmir) ümumi sahəsi 80 m² olan sexin içərisində elevatorun yanar hissələri 60 p.m, 1 ədəd dəzgah, 5 ədəd filtr və sexin ətrafında 100 m² sahədə quru ot yanıb. Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

24 avqust 2019-cu il saat 08:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 50 m² olan yardımçı tikilinin içərisinə yığılan ev əşyaları 10 m² sahədə və ümumi sahəsi 24 m² olan digər yardımçı tikilinin taxta konstruksiyadan ibarət hasarı 3 m² yanıb. Yardımçı tikililərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Zərdab rayonunun Dəli Quşçu kəndində ümumi sahəsi 187 m² olan tövlənin yanar konstruksiyaları 68 m² sahədə və tövlənin yaxınlığına yığılan 20 ton ot bağlamasının 10 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəki rayonunun Təpəcənnət kəndində dağlıq ərazidə 200 ha sahədə kol-kos və quru ot yanıb. Yaxınlıqdakı meşə massivi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xızı rayonunun Fındığan kəndində dağlıq ərazidə 60 ha quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

24 avqust 2019-cu il saat 00:30-dək, ilkin məlumata əsasən:

Xaçmaz rayonunun Müzəffəroba kəndində həyətyanı ərazidə yığılan 11 ton ot bağlamasının 10 tonu, ümumi sahəsi 120 m² olan ikimərtəbəli 5 otaqlı evin birinci mərtəbəsində pəncərə çərçivəsi 1 m² sahədə və ümumi sahəsi 20 m² olan talvarın yanar konstruksiyaları yanıb. Evin, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göygöl rayonunun Yeni Qızılca kəndində həyətyanı ərazidə yığılan 6 ton ot bağlaması və yaxınlıqda dayanan "ЗИЛ" markalı, yük avtomobilinin banına yığılan 300 kq ot bağlaması və banı qismən yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qəbələ rayonunda ümumi sahəsi 156 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları, evin zirzəmisinə yığılan 4 m³ taxta materialları və yanıb. Yaxınılqdakı yaşayış evləri, fındıq bağları və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.