Geri

14 avqust 2019-cu il saat 21:45-dək:

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 500 m² olan tövlənin yanar konstruksiyaları 17 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəki şəhərində ümumi sahəsi 90 m² olan dülgər sexinin qarşısına yığılan 20 ədəd stul və 10 m² sahədə taxta yonqarı yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 avqust 2019-cu il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda ayrı-ayrı ünvanlarda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər;

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Şirvan və Pirşağı sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər (onlardan 1 nəfəri xarici ölkə vətəndaşıdır) xilas olunub.

Geri

14 avqust 2019-cu il saat 18:15-dək:

Sabirabad rayonunun Zalqaraağac kəndində həyətyanı ərazidə 5 ton ot bağlamasının 2 tonu və yaxınlıqda ümumi sahəsi 20 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Ot bağlamalarının və tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 avqust 2019-cu il saat 16:00-dək:

Bərdə rayonunun Mollaisalar kəndində həyətyanı ərazidə 12 ton ot bağlamasının 3 tonu, yaxınlıqda ümumi sahəsi 12 m² olan konteynerin taxta üzlüyü 4 m² sahədə, içərisinə yığılan 2 ton arpa və pambıq çiyidinin 50 kiloqramı yanıb. Ot bağlamalarının, arpanın və konteynerin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Siyəzən rayonunun Eynibulaq kəndində ümumi sahəsi 300 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdan keçən magistral qaz kəməri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 avqust 2019-cu il saat 10:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Suraxanı rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzilindən çıxarılaraq aşağı endirilməsi barədə müraciət daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşı xərəklə beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsindən aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

14 avqust 2019-cu il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşa köməklik göstərib.

Geri

14 avqust 2019-cu il saat 08:00-dək:

Ağcabədi rayonunun Salmanbəyli kəndində 6 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 avqust 2019-cu il saat 01:30-dək:

Ağstafa rayonunun Köçəsgər kəndində 20 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.