Geri

13 avqust 2019-cu il saat 19:00-dək:

Şamaxı rayonunun Dağ Bağırlı kəndində ümumi sahəsi 40 m² olan talvarın yanar konstruksiyaları 16 m² sahədə və altına yığılan 10 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

13 avqust 2019-cu il saat 17:30-dək:

İmişli rayonunda ümumi sahəsi 350 m² olan ikimərtəbəli 5 otaqlı evdə bir ədəd soyuducu yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xaçmaz rayonunun Əzizli kəndində ümumi sahəsi 65 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 15 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamlarının və tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

13 avqust 2019-cu il saat 09:00-dək:

Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 40 m² olan anbarın yanar konstruksiyaları və içərisinə yığılan ayaqqabılar yanıb. Bitişik digər anbarlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

13 avqust 2019-cu il saat 08:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində Binə ticarət mərkəzində mağazaların birində yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğın Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb. Əlavə məlumat veriləcək.

Geri

13 avqust 2019-cu il saat 08:00-dək:

Ağcabədi rayonunda ümumi sahəsi 204 m² olan mağazanın içərisində 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 34 m² sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

13 avqust 2019-cu il saat 00:45-dək:

Füzuli rayonunun Horadiz şəhərində ümumi sahəsi 252 m² olan ikimərtəbəli 8 otaqlı evin 6 otağının yanar konstruksiyaları və dam örtüyü 198 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Salyan rayonu, Ələt-Astara yolunun 60-cı kilometrliyində "ГАЗ" markalı minik avtomobilin idarəetmə lövhəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.