Geri

22 iyul 2019-cu il saat 14:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1934-cü il təvəllüdlü Dadaşov Kamil Ağaəli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

22 iyul 2019-cu il saat 07:00-dək:

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağdam rayonunun Əhmədağalı kəndində ümumi sahəsi 56 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 30 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şirvan şəhərində ümumi sahəsi 400 m² olan birmərtəbəli binanın (fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.