Geri

21 iyul 2019-cu il saat 21:15-dək;

İmişli rayonunun Bəhrəmtəpə kəndində həyətyanı sahəyə yığılan 6 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Kürdəmir rayonunun Muradxan kəndində, nar bağında 50 ədəd ağac yanıb. Ərazidəki digər ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Qaradağ rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmir yol xəttində 349 ədəd taxta şpal yanıb. Şpalların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

21 iyul 2019-cu il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər;

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Türkan, Qobustan, Bilgəh, Mərdəkan, Mingəçevir, Yevlax, sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 10 nəfər xilas olunub.

Geri

21 iyul 2019-cu il saat 20:30-dək:

Bakı şəhərinin Sabunçu rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Mövlanov Fuad Azad oğlunun axtarışları başa çatıb. F.Mövlanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Geri

21 iyul 2019-cu il saat 19:45-dək:

Qusar rayonu ərazisində süni göldə batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Bağırov Adiq Yavər oğlunun axtarışları başa çatıb. A.Bağırovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Sabunçu rayonunda, dənizdə, qeyi-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Geri

21 iyul 2019-cu il saat 19:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində, dənizdə, məntəqə ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Xəzər rayonu, Zuğulba sularda xilasetmə məntəqəsi ərazisində 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu batan şəxsin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Geri

21 iyul 2019-cu il saat 18:45-dək;

Samux rayonunun Qarabağlı kəndində həyətyanı sahədə 8 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağcabədi rayonunun Qiyaməddinli kəndində həyətyanı sahədə ümumi sahəsi 300 m² olan yardımçı tikilinin yanar konstruksiyaları və içərisinə yığılan 30 ton ot bağlamasının 15 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Masallı rayonunun Qızılavar kəndində ümumi sahəsi 320 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, damına yığılan 8 ton ot bağlamasının 3 tonu və ərazidə 100 ədəd çinar ağacı yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şəmkir rayonunun Mahmudlu kəndində ümumi sahəsi 384 m² olan tövlənin yanar konstruksiyaları yanıb.  Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

21 iyul 2019-cu il saat 17:45-dək;

Gəncə şəhərinin Kəpəz rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmiryol vağzalının ərazisində, ehtiyat yolda dayanan hər birinin sahəsi 12 m² olan istismara yararsız 2 ədəd vaqonun yanar hissələri və içərisinə yığılan taxta və məişət tullantıları yanıb. Yaxınlıqda dayanan vaqonlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

21 iyul 2019-cu il saat 16:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Qusar rayonununda süni göldə, 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Geri

21 iyul 2019-cu il saat 16:00-dək;

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 140 m² olan mağazanın içərisində rəflər 3 m² sahədə yanıb. Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

21 iyul 2019-cu il saat 15:15-dək;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Gəncə şəhərinin Kəpəz rayonunda Dəmiryolu vağzalının ərazisində ehtiyat xəttdə dayanmış 2 vaqonda yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

 

Geri

21 iyul 2019-cu il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının fasadına vurulan aqlay daşlarının yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər daş parçalarını götürərək sakinlərin təhlükəsizliyini təmin ediblər;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilə daxil olaraq orada aşkarlanan 1951-ci il təvəllüdlü Kazımova Zöhrə Məmməd qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

21 iyul 2019-cu il saat 12:00-dək;

Tərtər rayonunun Rəcəbli kəndində həyətyanı sahədə 10 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

21 iyul 2019-cu il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 5 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Geri

21 iyul 2019-cu il saat 08:00-dək:

Bərdə şəhərinin Üzeyir Hacıbəyov küçəsində ümumi sahəsi 2000 m² olan, bir dam altında bir-birinə bitişik tikilən, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 m² sahədə yanıb. Tikililərin qalan hissəsi və yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

21 iyul 2019-cu il saat 03:20-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bərdə rayonunda yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən, rayon mərkəzində bir-birinə bitişik mağazalar yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.