Geri

16 iyul 2019-cu il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər.

Geri

16 iyul 2019-cu il saat 20:30-dək:

Neftçala rayonunun Kür Qarabucaq kəndində ümumi sahəsi 140 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 10 ton ot bağlamasının 4 tonu yanıb. Köməkçi tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şamaxı rayonunda ümumi sahəsi 140 m² olan 5 otaqlı evin yanar konstruksiyaları və 1 otağına yığılan 8 ton ot bağlaması yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 iyul 2019-cu il saat 19:00-dək:

Ağcabədi rayonunun Poladlı kəndində həyətyanı sahəyə yığılan 40 ton ot bağlamasının 20 tonu və "БЕЛАРУСЬ" markalı traktorun təkəri qismən yanıb. Traktor və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 iyul 2019-cu il saat 17:00-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 10 m² taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 iyul 2019-cu il saat 14:30-dək:

İsmayıllı rayonunun Talış kəndində ümumi sahəsi 45 m² olan birmərtəbəli, kürsülü evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəmkir rayonunun Yeni Həyat kəndində ümumi sahəsi 50 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində taxta taralar və ümumi sahəsi 0,5 ha olan istixananın polietilen örtüyü 20 m² sahədə yanıb. İstixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 iyul 2019-cu il saat 12:50-dək:

14.07.2019-cu il tarixində Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb. İ.Rəsulzadənən meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Geri

16 iyul 2019-cu il saat 09:30-dək:

14.07.2019-cu il tarixində Bakı şəhəri, Sabunçu rayonunun Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları davam etdirilir. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 14 nəfər şəxsi heyəti və 3 texnikası cəlb olunub. Əlavə məlumat veriləcək.

Geri

16 iyul 2019-cu il saat 09:00-dək, ilkin məlumata əsasən:

16.07.2019-cu il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinə Sabirabad şəhəri, İlham İskəndərov küçəsində mağazalarda yanğın olması barədə məlumat daxil olub.

İlkin məlumata əsasən, yanğın nəticəsində ümumi sahəsi 1060 m2 olan 2 mağaza və ümumi sahəsi 7650 m2 olan Mərkəzi bazarın ərazisində 3 dükan 70 m2 sahədə (ümumi 1130 m2) yanıb. Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib.

Yanğın saat 08:02 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Digər bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.

Geri

16 iyul 2019-cu il saat 08:30-dək:

16.07.2019-cu il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinə Sabirabad şəhərində Mərkəzi bazarın ərazisində yanğın olması barədə məlumat daxil olub.

İlkin məlumata əsasən, yanğın nəticəsində bazarın ərazisində iki mağaza və piştaxtalar 1300 m2 sahədə yanıb.

Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib.

Yanğın saat 08:02 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.

Əlavə məlumat veriləcək.
Geri

16 iyul 2019-cu il saat 07:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sabirabad rayonunda Mərkəzi bazarın ərazisində yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən bazarın ərazisində bir-birinə bitişik mağazalar yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Geri

16 iyul 2019-cu il saat 05:30-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 340 m² olan birmərtəbəli 6 otaqdan ibarət tikilinin (mebel təmiri sexi kimi fəaliyyət göstərir) 2 otağının yanar konstruksiyaları 25 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göyçay rayonunun Qaraxıdır kəndində ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 4 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində ümumi sahəsi 150 m² olan birmərtəbəli, kürsülü 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Biləsuvar rayonunun Xırmandalı kəndində birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Hacıqabul rayonunun Meyniman kəndində həyətyanı sahəyə yığılan 7 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və  yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ucar rayonunun Şilyan kəndində ümumi sahəsi 96 m² olan talvarın yanar konstruksiyaları, altına yığılan 10 ton ot bağlamasının 6 tonu və bitişik ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyü 6 m² sahədə yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.