Geri

11 iyul 2019-cu il saat 01:00-dək:

Abşeron rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 42 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xaçmaz rayonunda ümumi sahəsi 80 m² olan tikilinin (mağaza kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konsturksiyaları 40 m² sahədə və içərisində olan ərzaq malları qismən yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.