Geri

10 iyul 2019-cu il saat 22:00-dək:

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bilgəh və Zağulba sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Geri

10 iyul 2019-cu il saat 21:30-dək:

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 171 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə, hamam otağında su qızdırıcısı və lambirindən ibarət tavan 1 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

10 iyul 2019-cu il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər.

Geri

10 iyul 2019-cu il saat 19:00-dək:

Quba rayonunun Zərqava kəndində ümumi sahəsi 30 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 7 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi, yaxınlıqdakı ev və tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

10 iyul 2019-cu il saat 14:00-dək:

Ağcabədi rayonunun Poladlı kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

10 iyul 2019-cu il saat 09:45-dək:

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan 1 otaqlı mənzildə ev əşyaları 10 m² sahədə yanıb, yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.