Geri

30 iyun 2019-cu il saat 19:45-dək:

Bakı şəhərinin Sabunçu rayonunda məktəbin həyətyanı ərazisində 700 m² sahədə quru ot və kol-kos yanıb. Məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 iyun 2019-cu il saat 15:45-dək:

Goranboy rayonunun Nərimanlı kəndində ümumi sahəsi 20 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisində 2 ədəd məişət avadanlığı yanıb. Tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Quba rayonunun Əliməmmədoba kəndində ümumi sahəsi 50 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 iyun 2019-cu il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

30 iyun 2019-cu il saat 13:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən metal vərəqə asılı vəziyyətdə qalıb. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilər asılı vəziyyətdə qalan metal vərəqəni çıxarıb və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Geri

30 iyun 2019-cu il saat 08:30-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 70 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyun 2019-cu il saat 23:45-dək:

Abşeron rayonunda ümumi sahəsi 120 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 18 m² sahədə və içərisinə yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb. Tövlə və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.