Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən metal vərəqə asılı vəziyyətdə qalıb. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilər asılı vəziyyətdə qalan metal vərəqəni çıxarıb və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 70 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Abşeron rayonunda ümumi sahəsi 120 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 18 m² sahədə və içərisinə yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb. Tövlə və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.