Geri

19 iyun 2019-cu il saat 22:00-dək:

Mingəçevir şəhərində açıq ərazidə 5 ha sahədə quru ot yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 iyun 2019-cu il saat 21:15-dək:

Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 iyun 2019-cu il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

19 iyun 2019-cu il saat 20:45-dək:

Kürdəmir rayonunun Karrar kəndində ümumi sahəsi 250 m² olan tövlənin dam örtüyü 70 m² sahədə, içərisindəki 6 ton arpanın 2 tonu, damına və qarşısına yığılan 70 ton ot bağlaması yanıb. Tövlənin və arpanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Saatlı rayonunun Qara Nuru kəndində ümumi sahəsi 90 m² olan talvarın yanar konstruksiyaları 10 m² sahədə və altına yığılan 7 ton ot bağlamasının 3 tonu yanıb. Talvarın, ot bağlamalarının qalan hissəsi və bitişik tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 iyun 2019-cu il saat 17:15-dək:

Zərdab rayonunun Məmmədqasımlı kəndində ümumi sahəsi 300 m² olan tövlənin dam örtüyü 10 m² sahədə, bitişik ümumi sahəsi 160 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 80 ton ot bağlamasının 40 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəki şəhərinin Aşağı Küngüt kəndində ümumi sahəsi 750 m² olan fermanın yanar konstruksiyaları və damına yığılan 12,5 ton ot bağlaması yanıb. Bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 iyun 2019-cu il saat 15:15-dək:

Kürdəmir rayonunun Xınıslı kəndində ümumi sahəsi 20 m² olan köməkçi tikilinin qamışdan ibarət tavanı 13 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Biləsuvar rayonunun Amankənd kəndində “T-80” markalı traktorun qoşqusu və qoşqusuna yığılan 9 ton ot bağlamasının 7 tonu yanıb. Traktor və ot bağlamalarınıın qalan hissəsi yanğından  mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 iyun 2019-cu il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər...

Geri

19 iyun 2019-cu il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Geri

19 iyun 2019-cu il saat 08:30-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 70 m² olan kürsülü birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şabran rayonunun Şahnəzərli kəndində transformatorun yağı və sarğıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Neftçala rayonunun Bala Surra kəndində ümumi sahəsi 162 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və bitişik ümumi sahəsi 40 m² olan talvar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Quba rayonunun Qaraçay qəsəbəsində 0,5 ha biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində liftin yanar hissələri yanıb. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Şaxtadan keçən elektrik kabelləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Neftçala rayonunun Xol Qarabucaq kəndində ümumi sahəsi 40 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisinə yığılan 10 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göyçay rayonunun Mirzəhüseynli kəndində ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Füzuli rayonunun Böyük Bəhmənli kəndində 140 ton ot bağlamasının 80 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı ferma yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunda 700 ha biçilmiş taxıl sahəsi, 1300 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 32 m² olan mağazanın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağsu rayonunun Göydəlləkli kəndində transformatorun yağı və sarğıları, yaxınlıqda olan iki ədəd elektrik dirəyi yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.