Geri

12 iyun 2019-cu il saat 07:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda “BMW” markalı minik avtomobili yol kənarındakı dirəyə çırpılıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1989-cu il təvəllüdlü Rəcəbov Əsədağa Nadir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Geri

12 iyun 2019-cu il saat 06:00-dək:

Beyləqan rayonunda 50 ha sahədə quru ot və 30 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göyçay rayonunun Cəyirli kəndində ümumi sahəsi 80 m² olan lambirin üzlükdən ibarət tikilinin (mağaza kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisində 3 ədəd soyuducu yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhəri, Qaradağ rayonunda "ГАЗ” markalı yük avtomobilinin mühərrik və kabinə hissəsi, çadırdan ibarət banı və 1 ədəd ehtiyat təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göyçay rayonunun Mirzəhüseynli kəndində 2,5 ha sahədə biçilməmiş taxıl sahəsi yanıb. Digər biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göyçay rayonunun Yalman kəndində 2,5 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.