Geri

11 iyun 2019-cu il saat 12:30-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəlli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 40 m² olan talvar yanıb. Yanğının kəşfiyyatı zamanı 2018-ci il təvəllüdlü Ağamirzəyeva Zibeydə Elxan qızının yanmış meyti aşkar olunub. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

11 iyun 2019-cu il saat 11:00-dək:

Qax rayonunda "Chery" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

11 iyun 2019-cu il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi, Nərimanov və Nəsimi rayonlarında ayrı-ayrı ünvanlarda 7 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.
Geri

11 iyun 2019-cu il saat 06:00-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 1200 m² olan tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) dam örtüyü 40 m² sahədə və içərisinə yığılan taxta tullantıları 10 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

11 iyun 2019-cu il saat 03:00-dək:

Masallı rayonunun Ərkivan kəndində ümumi sahəsi 120 m² olan tövlənin çardağının yanar konstruksiyaları 90 m² sahədə və çardağına yığılan 20 ton ot bağlamasının 16 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;