Geri

21 may 2019-cu il saat 15:30-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 250 m² olan tikilinin (elektrik avadanlıqlarının təmiri sexi kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları və içərisində elektrik avadanlıqları 40 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

21 may 2019-cu il saat 13:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Zaqatala rayonunda 2 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

21 may 2019-cu il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi, Xətai və Nərimanov rayonlarında ayrı-ayrı ünvanlarda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Geri

21 may 2019-cu il saat 07:00-dək:

Masallı rayonunun Təzəkənd kəndində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus teplovozunun mühərrik və salon hissəsi qismən yanıb. Digər teplovoz və vaqonlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

21 may 2019-cu il saat 03:00-dək:

Xızı rayonunun Altıağac kəndində ümumi sahəsi 150 m² olan ikimərtəbəli 5 otaqlı taxta konstruksiyalardan ibarət ev yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

21 may 2019-cu il saat 01:00-dək:

Sabirabad rayonunun Nizami kəndində ümumi sahəsi 100 m² olan (dam örtüyü qamışdan ibarətdir) birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 65 m² sahədə  yanıb. Evin qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.