Geri

15 may 2019-cu il saat 14:00-dək:

Ucar rayonunun Şahlıq kəndində ümumi sahəsi 100 m² olan tövlənin yanar konstruksiyaları 50 m² sahədə və içərisinə yığılan 100 kq ot bağlaması yanıb. Tövlənin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

15 may 2019-cu il saat 11:00-dək:

Bakı şəhərinin Nəsimi rayonunda dördmərtəbəli binanın 4-cü mərtəbəsində ümumi sahəsi 100 m² olan çay evinin yanar konstruksiyaları və içərisindəki əşyalar 80 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

15 may 2019-cu il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 2 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər.

Geri

15 may 2019-cu il saat 04:00-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 114 m² olan tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) içərisində işlənmiş ehtiyat hissələri 4 m² sahədə yanıb. Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

15 may 2019-cu il saat 03:00-dək:

Lənkəran şəhərinin Sütəmurdov kəndində ümumi sahəsi 500 m² olan talvarın altına yığılan boş kağız qutular 400 m² sahədə yanıb. Talvar və qutuların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Sabunçu rayonunda "Toyota" markalı  minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.