Şəmkir rayonunun Çinarlı qəsəbəsində ümumi sahəsi 15 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
İsmayıllı rayonunun Qurbanəfəndi kəndində ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 1 ton ot bağlaması, bitişik ümumi sahəsi 90 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 3 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Goranboy rayonunun Dəliməmmədli şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus elektrovozun mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Elektrovozun qalan hissəsi yanğından mühafizə olunub Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.