Geri

13 fevral 2019-cu il saat 07:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda birmərtəbəli fərdi yaşayış evində partlayış olması barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunmuş, digər aidiyyəti dövlət qurumları məlumatlandırılmışdır. Dağıntılar altında qalanların olduğu ehtimalı ilə əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupu da xilasetmə işlərinə cəlb olunmuşdur. Əməliyyat şəraitinin qiymətləndirilməsi və ilkin axtarışlar nəticəsində dağıntılar altında heç kimin olmadığı müəyyən olunmuşdur.

İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş vermişdir. Əlavə məlumat veriləcək.

Geri

13 fevral 2019-cu il saat 04:30-dək:

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 10 m² sahədə məişət tullantıları yanmışdır. Yanğın zamanı tüstülənmiş mənzillərdən yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilmişdir. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.