Geri

11 fevral 2019-cu il saat 22:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 2 nəfər qapının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

11 fevral 2019-cu il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

11 fevral 2019-cu il saat 20:00-dək:

Ağdaş rayonunda ümumi sahəsi 198 m² olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün, 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 87 m² sahədə, 1-ci mərtəbəsində pilləkən qəfəsi 19 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

11 fevral 2019-cu il saat 19:45-dək:

Bakı şəhərinin Yasamal rayonunda “Opel” markalı minik avtomobilinin idarəetmə lövhəsi qismən yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində ümumi sahəsi 70 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin zirzəmisində 1 ədəd avtomobil təkəri yanmışdır. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilmişdir. Ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Qax rayonunun Qum kəndində ümumi sahəsi 130 m² olan tikilinin (hamam kimi fəaliyyət göstərir) buxar otağının lambirindən ibarət tavanı 25 m² sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

11 fevral 2019-cu il saat 17:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

11 fevral 2019-cu il saat 16:30-dək:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 60 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

11 fevral 2019-cu il saat 14:00-dək:

Şamaxı rayonunun Şəhriyar qəsəbəsində idman məktəbinə məxsus ümumi sahəsi 240 m² olan idman zalının plastikdən ibarət giriş qapısı yanmış, yüksək temperaturdan lambirindən ibarət tavanı 25 m² sahədə ərimişdir. İdman zalının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.​
Geri

11 fevral 2019-cu il saat 10:00-dək:

07.02.2019-cu il tarixində Quba rayonunun Vəlvələ kəndi yaxınlığında Vəlvələçay çayının sahilində aparılan qazıntı işləri (qum-çınqıl karxanası) zamanı ekskavatorun aşması nəticəsində suya düşən 1978-ci il təvəllüdlü Qasımov Vüqar Eyvaz oğlunun axtarışları davam etdirilir. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunmuşdur. Qazıntı işləri nəticəsində yaranan su hövzəsində (dərinliyi 12-15 metr) suyun səviyyəsinin azaldılması məqsədilə “Körpü-Bina-Tikinti” MMC tərəfindən suçəkmə işləri həyata keçirilir. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Geri

11 fevral 2019-cu il saat 09:00-dək:

Abşeron rayonunda ümumi sahəsi 30 m² olan tikilinin (taxta sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisindəki taxta materiallar yanmışdır. Bitişik tikili yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

11 fevral 2019-cu il saat 07:00-dək:

Lənkəran şəhərində "Mercedes" markalı mikroavtobusun mühərrikində elektrik avadanlıqları qismən yanmışdır. Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Geri

11 fevral 2019-cu il saat 05:00-dək:

Goranboy rayonunun Hazırəhmədli kəndində ümumi sahəsi 80 m² olan tövlənin çardağının yanar konstruksiyaları 20 m² sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Geri

11 fevral 2019-cu il saat 04:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.