Geri

10 dekabr 2019-cu il saat 08:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

10 dekabr 2019-cu il saat 08:00-dək:

Gədəbəy rayonunun Dəyəqarabulaq kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Tovuz rayonunun Qazıqulu kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 24 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdam rayonunun Mahrızlı kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 2 nəfər xəsarət alıb və 1 nəfər tüstüdən zəhərlənib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində ümumi sahəsi 8 m² olan taxtadan ibarət tikilinin yanar konstruksiyaları və 1 ədəd qaz sayğacı yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.