Geri

07 noyabr 2019-cu il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

07 noyabr 2019-cu il saat 20:30-dək:

Yevlax şəhərinin Kolanı kəndində 68 ton ot bağlamasının 20 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

07 noyabr 2019-cu il saat 19:00-dək:

Qazax rayonunun Yuxarı Salahlı kəndində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 7,5 ton ot bağlamasının 2,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

07 noyabr 2019-cu il saat 18:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

07 noyabr 2019-cu il saat 18:00-dək:

Ağdam rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 5 m² sahədə qismən, çöl divarına quraşdırılan 1 ədəd elektrik sayğacı və həyətyanı sahəyə yığılan 20 ton ot bağlamasının 5 tonu  yanıb. Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

07 noyabr 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi, Nərimanov və Nizami rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

07 noyabr 2019-cu il saat 08:30-dək:

Balakən rayonunun Katex kəndində ümumi sahəsi 180 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə və içərisinə yığılan 0,5 ton xurmanın 0,3 tonu yanıb. Tikilinin və xurmanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobili yol kənarındakı qaz boru xəttinə çırpılıb. Nəticədə avtomobilin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.