Geri

19 noyabr 2019-cu il saat 09:30-dək:

Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində ümumi sahəsi 90 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 8 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühfizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 noyabr 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai, Suraxanı, Nizami və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 5 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 8 nəfərin liftdən çıxarılması təmin edilib.
Geri

19 noyabr 2019-cu il saat 08:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Hacıqabul rayonu ərazisində “Mercedes” markalı evakuator ilə "KamAZ" markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı evakuatorun sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

19 noyabr 2019-cu il saat 08:00-dək:

İmişli rayonunda yem anbarının ərazisində yığılan 20 ton qarğıdalının 200 kiloqramı yanıb. Qarğıdalının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.