Geri

15 noyabr 2019-cu il saat 07:00-dək:

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və əşyaları 20 m² sahədə yanıb, yüksək temperaturdan dəhlizinin lambirindən ibarət tavanı 4 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 80 m² olan taxta və lambirindən ibarət kafenin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdaş rayonunun Yuxarı Qəsil kəndində ümumi sahəsi 85 m² olan tövlənin dam örtüyü və çardağına yığılan 2 ton ot bağlamasının 1,4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

15 noyabr 2019-cu il saat 03:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.​

Geri

15 noyabr 2019-cu il saat 03:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın saat 02:51 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb (yanğının yayılma təhlükəsi yoxdur). Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub. İlkin məlumata əsasən, yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.

Əlavə məlumat veriləcək.

Geri

15 noyabr 2019-cu il saat 02:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.​

Geri

15 noyabr 2019-cu il saat 00:00-dək:

Biləsuvar rayonunda "Mercedes" markalı mikroavtobusun mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.