Geri

14 noyabr 2019-cu il saat 18:00-dək:

İsmayıllı rayonunun Qubaxəlilli kəndində ümumi sahəsi 1500 m² olan fermanın içərisinə yığılan 5 ton ot bağlamasının 2 tonu yanıb. Ferma və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 noyabr 2019-cu il saat 17:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Məmmədov İsrafil Şirin oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

14 noyabr 2019-cu il saat 14:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

14 noyabr 2019-cu il saat 12:15-dək:

Qazax rayonunda ümumi sahəsi 20 m² olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 noyabr 2019-cu il saat 05:00-dək:

Bərdə rayonunun Alaçadırlı kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 80 m² olan birmərtəbəli evin taxtadan ibarət pəncərəsi qismən yanıb. Yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 165 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.