Geri

11 noyabr 2019-cu il saat 19:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

11 noyabr 2019-cu il saat 14:00-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 noyabr 2019-cu il saat 09:30-dək:

Göyçay rayonunun Çayarxı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 144 m² olan talvarın altına yığılan 4400 ədəd taxta taradan 500 ədədi yanıb. Talvar və taraların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 noyabr 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail, Nəsimi və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

11 noyabr 2019-cu il saat 08:30-dək:

Şabran rayonunun Qalaaltı kəndi ərazisində xəzəl və ağac kötükləri 0,5 ha sahədə yanıb. Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Zaqatala rayonunun Dağlı kəndində ümumi sahəsi 70 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə və damına yığılan 4 ton ot bağlamasının 3 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Astara rayonunda ümumi sahəsi 104 m² olan birmərtəbəli köməkçi tikilinin yanar konstruksiyaları 64 m² sahədə və içərisində olan əşyalar qismən yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində mağazanın içərisində tikilən ümumi sahəsi 30 m² olan təndirxananın yanar konstruksiyaları 15 m² sahədə yanıb. Təndirxananın qalan hissəsi və mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.