Geri

29 oktyabr 2019-cu il saat 17:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Pirallahı rayonunda, dənizdə seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən müvafiq işlər aparılır. Əlavə məlumat veriləcək.

Geri

29 oktyabr 2019-cu il saat 15:45-dək:

Bakı şəhərinin Qaradağ rayonunda dördmərtəbəli yaşayış binasının 3 mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 12 ədəd elektrik sayğacı və kabel 1 p.m yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 oktyabr 2019-cu il saat 11:00-dək:

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 6 ədəd elektrik sayğacı, 3 ədəd qoruyucu açar və elektrik kabeli 2 p.m yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 oktyabr 2018-cu il saat 08:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Füzuli rayonunun Bala Bəhmənli kəndində "ВАЗ" markalı minik avtomobili yol kənarındakı su kanalına aşıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

29 oktyabr 2019-cu il saat 01:00-dək:

Mingəçevir şəhərində həyətyanı sahədə kol-kosdan ibarət çəpər 60 p.m və 100 p.m elektrik kabeli yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.