Geri

20 oktyabr 2019-cu il saat 08:00-dək:

Qobustan rayonunun Bozalqanlı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının və dəhlizinin yanar konstruksiyaları 50 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 100 m² olan taxtadan ibarət tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və içərisinə yığılan oksigen balonları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

20 oktyabr 2019-cu il saat 01:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bərdə rayonunda 2 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.Qazax rayonunun Daş Salahlı kəndində həyətyanı sahəyə yığılan 15 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Geri

20 oktyabr 2019-cu il saat 01:00-dək:

Ucar rayonunun Yuxarı Şilyan kəndində ümumi sahəsi 144 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 4 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Masallı rayonunda hər mərtəbəsi 200 m² olan ikimərtəbəli 9 otaqlı evin ikinci mərtəbəsində 2 otağın tavanı 60 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.