Geri

20 oktyabr 2019-cu il saat 01:00-dək:

Ucar rayonunun Yuxarı Şilyan kəndində ümumi sahəsi 144 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 4 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Masallı rayonunda hər mərtəbəsi 200 m² olan ikimərtəbəli 9 otaqlı evin ikinci mərtəbəsində 2 otağın tavanı 60 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.