Geri

19 oktyabr 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov, Suraxanı və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 5 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3-ü azyaşlı olmaqla 6 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

19 oktyabr 2019-cu il saat 08:30-dək:

Quba rayonunun Zərdabi qəsəbəsində "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Quba rayonunun Güləzi kəndində ümumi sahəsi 196 m² olan ikimərtəbəli 4 otaq və bir aynabənddən ibarət evin yanar konstruksiyaları 154 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.