Geri

18 oktyabr 2019-cu il saat 19:45-dək:

Qazax rayonunun Daş Salahlı kəndində həyətyanı sahəyə yığılan 15 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xaçmaz rayonunun Maqsudkənd kəndində ümumi sahəsi 32 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və içərisinə yığılan 2 ton ot bağlamasının 1,5 tonu yanıb. Tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

18 oktyabr 2019-cu il saat 14:45-dək:

Şabran rayonunun Sumağava kəndində həyətyanı sahəyə yığılan 15 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Geri

18 oktyabr 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

18 oktyabr 2019-cu il saat 08:00-dək:

Sumqayıt şəhərində ümumi sahəsi 20 m² olan dönərxananın yanar konstruksiyaları 10 m² sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı əriyib. Dönərxananın qalan hissəsi və içərisindəki qaz balonu, bitişik, ümumi sahəsi 110 m² olan mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

18 oktyabr 2019-cu il saat 02:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.