Geri

10 yanvar 2019-cu il saat 23:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

10 yanvar 2019-cu il saat 22:45-dək:

Qazax rayonunun Quşcu Ayrım kəndində həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Yardımlı rayonunun Horonu kəndində həyətyanı sahəyə yığılmış 9 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Qazax rayonunda ümumi sahəsi 20 m² olan qazanxananın içərisində quraşdırılmış elektrik lövhəsində 4 ədəd qoruyucu açar yanmışdır. Qazanxana yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Ağdam rayonunun İkinci Yüzbaşılı kəndində ümumi sahəsi 80 m² olan tikilinin içərisinə yığılmış 5 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və tikili  yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

10 yanvar 2019-cu il saat 19:45-dək:

Sumqayıt şəhərinin Corat qəsəbəsində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda tikilmiş ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə yanmışdır. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonunun Mikayıllı kəndində həyətyanı sahəyə yığılmış 22,5 ton ot bağlamasının 10 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

10 yanvar 2019-cu il saat 17:30-dək:

Salyan rayonunun Kərimbəyli kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Goranboy rayonunun Xan Qərvənd kəndində ümumi sahəsi 20 m² olan talvarın yanar konstruksiyaları 5 m² sahədə və altına yığılmış 10 ton ot bağlamasının 4 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Masallı rayonunun Boradigah qəsəbəsində ümumi sahəsi 36 m² olan tikilinin (çörək sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanmışdır. Bitişik mağazalar yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

10 yanvar 2019-cu il saat 16:30-dək:

Qusar rayonunda ümumi sahəsi 240 m² olan mağazada lambirdən ibarət rəf 8 m² sahədə yanmış, yüksək temperaturdan tavan 30 m² sahədə ərimişdir. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Nərimanov rayonunda "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

10 yanvar 2019-cu il saat 13:00-dək:

Quba rayonunun mərkəzində bir dam altında tikilmiş, ümumi sahəsi 60 m² olan üç mağazanın (hər mağazanın sahəsi 20 m²) yanar konstruksiyaları yanmışdır. Bitişik mağazalar yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonunda ümumi sahəsi 180 m² olan tikilinin (sex kimi fəaliyyət göstərir) içərisində saman 20 m² sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

10 yanvar 2019-cu il saat 11:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba şəhərində mağazada yanğın olması barədə məlumat daxil olmuşdur. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunmuşdur. Yanğın saat 10:03-də yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür. Əlavə məlumat veriləcək.

Geri

10 yanvar 2019-cu il saat 11:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun Zərdabi qəsəbəsində “VAZ” markalı minik avtomobili və “Ford” markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olmuşdur. Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Sərnişinlər - 2002-ci il təvəllüdlü Abbasov Zakir Eldəniz oğlu və 2003-cü il təvəllüdlü Qasımov Coşqun Kamil oğlunun meyitləri, yaralı vəziyyətdə olan sürücü xilasedicilər tərəfindən deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Daha 1 nəfər xilasedicilər çatana kimi xəstəxanaya aparılmış, lakin yolda vəfat etmişdir. Əməliyyat başa çatmışdır.

Geri

10 yanvar 2019-cu il saat 10:45-dək:

Şəki şəhərində ümumi sahəsi 150 m² olan 3 otaqlı evin zirzəmisində 1 ədəd məişət avadanlığı və zirzəminin taxtadan ibarət tavanı 2 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

10 yanvar 2019-cu il saat 01:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.​