Geri

30 sentyabr 2018-ci il saat 08:00-dək:

Xaçmaz rayonunda ümumi sahəsi 350 m2 olan tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları, içərisində olan mebel məmulatları, 6 ədəd dəzgah, 2 ədəd mühərrik və 2 ədəd boya aparatı yanmışdır. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Bərdə rayonunda ümumi sahəsi 80 m2 olan 4 otaqlı evin mətbəxinin lambirdən ibarət tavanı 10 m2 sahədə və 1 ədəd məişət avadanlığı yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

30 sentyabr 2018-ci il saat 00:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər kişi dördmərtəbəli tikilinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirmişdir. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınmışdır. Əməliyyat başa çatmışdır.