Geri

31 avqust 2018-ci il saat 17:45-dək:

Oğuz rayonunun Padar kəndində ümumi sahəsi 140 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və ətrafında 2 m² sahədə kol-kos yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Qəbələ rayonunun Nohurqışlaq kəndində ümumi sahəsi 80 m² olan tövlənin yanar konstruksiyaları 44 m² sahədə və damına yığılmış 3 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Bərdə rayonunun Bala Ərəblər kəndində həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

31 avqust 2018-ci il saat 16:30-dək:

Bakı şəhərinin Nərimanov rayonunda "Daewoo" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Salyan rayonunun Yenikənd kəndində həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

31 avqust 2018-ci il saat 13:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açmış və orada aşkarlanan Nəsirova Gül Qara qızının meyitini aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Geri

31 avqust 2018-ci il saat 09:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda "Daewoo" markalı avtobusunun arxa təkəri yanmışdır. Avtobusun qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

31 avqust 2018-ci il saat 08:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Zaqatala şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

31 avqust 2018-ci il saat 00:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunun Masazır kəndində 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.