Geri

11 avqust 2018-ci il saat 09:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qazax rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

11 avqust 2018-ci il saat 08:45-dək:

Abşeron rayonunun Novxanı kəndində ümumi sahəsi 120 m² olan taxta konstruksiyalardan ibarət 6 ədəd külafirəngi, 2 ədəd məişət avadanlığı, yaxınlıqda yerləşən ümumi sahəsi 6 m² olan taxta konstruksiyalardan ibarət mətbəx, içərisində 2 ədəd məişət avadanlığı və taxtadan ibarət hasar 15 p.m yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

 

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 72 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;
 
Ağdam rayonunun Ergi qəsəbəsində ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;
 
Şəmkir rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

 

Geri

11 avqust 2018-ci il saat 00:45-dək:

Neftçala rayonunun Birinci Mayak kəndində ümumi sahəsi 120 m² olan tövlənin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.