Geri

10 avqust 2018-ci il saat 18:45-dək:

Quba rayonunun Birinci Nügədi kəndində həyətyanı sahəyə yığılmış 20 ton ot bağlamasının 16 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

10 avqust 2018-ci il saat 17:00-dək:

Qax rayonunda 100 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Salyan rayonunda ümumi sahəsi 25 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və yaxınlıqda 150 m² sahədə quru ot yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

10 avqust 2018-ci il saat 14:00-dək:

Daşkəsən rayonunda süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Əliyev Emin Bəhruz oğlunun axtarışları başa çatmışdır. E.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.

Geri

10 avqust 2018-ci il saat 13:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Daşkəsən rayonunda süni göldə 1 nəfərin batdığı ehtimal olunur. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.

Geri

10 avqust 2018-ci il saat 11:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

10 avqust 2018-ci il saat 09:00-dək:

Bakı şəhərinin Binəqədi rayonunda "FORD" markalı yük avtomobilinin kabinə hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Sabunçu rayonunda 100 m² sahədə quru ot və 25 p.m yeraltı kabel yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Oğuz rayonunun Böyük Söyüdlü kəndində 23 ha biçilmiş taxıl sahəsi və 2 ha sahədə kol-kos yanmışdır. Digər əkin sahələri və meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Göyçay rayonunun Qarayazı və Bığır kəndlərinin ərazisində 50 ha biçilmiş taxıl sahəsi yanmışdır. Digər əkin sahələri və yaxınlıqdan keçən yüksəkgərginlikli elektrik xətləri yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Şəki rayonunun Baş Küngüt kəndində "Mercedes" markalı minik avtomobilin mühərrikinin yanar hissələri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.