Geri

10 avqust 2018-ci il saat 11:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

10 avqust 2018-ci il saat 09:00-dək:

Bakı şəhərinin Binəqədi rayonunda "FORD" markalı yük avtomobilinin kabinə hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Sabunçu rayonunda 100 m² sahədə quru ot və 25 p.m yeraltı kabel yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Oğuz rayonunun Böyük Söyüdlü kəndində 23 ha biçilmiş taxıl sahəsi və 2 ha sahədə kol-kos yanmışdır. Digər əkin sahələri və meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Göyçay rayonunun Qarayazı və Bığır kəndlərinin ərazisində 50 ha biçilmiş taxıl sahəsi yanmışdır. Digər əkin sahələri və yaxınlıqdan keçən yüksəkgərginlikli elektrik xətləri yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Şəki rayonunun Baş Küngüt kəndində "Mercedes" markalı minik avtomobilin mühərrikinin yanar hissələri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.