Geri

31 iyul 2018-ci il saat 19:30-dək:

Masallı rayonunun Mollaoba kəndində quru ot və məişət tullantıları 100 m2 sahədə, yaxınlıqda ümumi sahəsi 105 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 70 m2 sahədə və damına yığılmış 10 ton ot bağlamasının 6 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2018-ci il saat 17:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunun Nohurqışlaq kəndində Nohur gölündə (ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1985-ci il təvəllüdlü İsayev Fərid İkram oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

31 iyul 2018-ci il saat 16:30-dək:

Qusar rayonunun Aladaş kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 250 m² olan ikimərtəbəli binanın (hazırda fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Tərtər rayonunun Əskipara kəndində həyətyanı sahədə 10 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Qobustan rayonunda yol kənarında 2,4 ton ot bağlamasının 1,4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 54 m² olan 3 otaqlı mənzilin mətbəxinin lambirdən ibarət tavanı 15 m² sahədə və pəncərə çərçivəsi yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Bərdə rayonunun Mustafaağalı kəndində ümumi sahəsi 50 m² olan tikilinin lambirdən ibarət tavanı 35 m² sahədə və içərisində 3 ədəd məişət avadanlığı qismən yanmışdır. Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2018-ci il saat 16:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

31 iyul 2018-ci il saat 13:15-dək, ilkin məlumata əsasən:

Tənkəmər dağında və ətraf meşəlik ərazilərdə (Quba və Şabran rayonlarının ərazisi) yanğınsöndürmə işləri davam etdirilir. Hazırda yanğın ocaqlarında tüstülənmə müşahidə olunur, açıq alov yoxdur.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri yanğınsöndürmə işlərində iştirak edir. Əlavə məlumat veriləcək.

 

Geri

31 iyul 2018-ci il saat 12:45-dək:

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 25 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Bitişik evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2018-ci il saat 12:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Caspian Plaza” biznes mərkəzinin 8-ci mərtəbəsində 30 ədəd qoruyucu açar və 8 p.m elektrik naqilləri yanmışdır. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmuşdur. Yanğın yanğın bölmələri çatana kimi söndürülmüşdür.

Geri

31 iyul 2018-ci il saat 10:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən Bakı Dövlət Universitetinin 1-ci korpusunda kondisionerdə (1 ədəd) tüstülənmə baş vermişdir. Yanğın olmamışdır. Tüstülənmənin qarşısı yanğın bölmələri tərəfindən alınmışdır.

Geri

31 iyul 2018-ci il saat 10:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan tikilinin yanar konstruksiyaları yanmışdır. Bitişik məscid yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2018-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonunun Qasımqışlaq və Çayqışlaq kəndləri yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) baş vermiş yanğınlar söndürülmüşdür. Hazırda yanmış ərazilərdə kəşfiyyat işləri aparılır, kiçik közərtilərin söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Eyni zamanda, Şabran rayonunun Ərəblər kəndi yaxınlığında meşəlik ərazidə yanğın və tüstülənmə müşahidə olunur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri hadisə rayonuna cəlb olunmuşdur. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Geri

31 iyul 2018-ci il saat 08:15-dək:

Goranboy rayonunun Xan Qərvənd kəndində həyətyanı sahəyə yığılmış 5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür; 

Qobustan rayonunda ümumi sahəsi 20 m² olan talvarın yanar konstruksiyaları və altına yığılmış 1,2 ton ot bağlamasının 370 kq yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2018-ci il saat 01:00-dək;

Qusar rayonunun Köhnə Xudat kəndində həyətyanı sahəyə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2018-ci il saat 00:45-dək:

Şəmkir rayonunun Aşağı Seyfəli kəndində həyətyanı sahəyə yığılmış 7 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.