Geri

31 iyul 2018-ci il saat 16:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

31 iyul 2018-ci il saat 13:15-dək, ilkin məlumata əsasən:

Tənkəmər dağında və ətraf meşəlik ərazilərdə (Quba və Şabran rayonlarının ərazisi) yanğınsöndürmə işləri davam etdirilir. Hazırda yanğın ocaqlarında tüstülənmə müşahidə olunur, açıq alov yoxdur.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri yanğınsöndürmə işlərində iştirak edir. Əlavə məlumat veriləcək.

 

Geri

31 iyul 2018-ci il saat 12:45-dək:

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 25 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Bitişik evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2018-ci il saat 12:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Caspian Plaza” biznes mərkəzinin 8-ci mərtəbəsində 30 ədəd qoruyucu açar və 8 p.m elektrik naqilləri yanmışdır. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmuşdur. Yanğın yanğın bölmələri çatana kimi söndürülmüşdür.

Geri

31 iyul 2018-ci il saat 10:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən Bakı Dövlət Universitetinin 1-ci korpusunda kondisionerdə (1 ədəd) tüstülənmə baş vermişdir. Yanğın olmamışdır. Tüstülənmənin qarşısı yanğın bölmələri tərəfindən alınmışdır.

Geri

31 iyul 2018-ci il saat 10:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan tikilinin yanar konstruksiyaları yanmışdır. Bitişik məscid yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2018-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonunun Qasımqışlaq və Çayqışlaq kəndləri yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) baş vermiş yanğınlar söndürülmüşdür. Hazırda yanmış ərazilərdə kəşfiyyat işləri aparılır, kiçik közərtilərin söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Eyni zamanda, Şabran rayonunun Ərəblər kəndi yaxınlığında meşəlik ərazidə yanğın və tüstülənmə müşahidə olunur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri hadisə rayonuna cəlb olunmuşdur. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Geri

31 iyul 2018-ci il saat 08:15-dək:

Goranboy rayonunun Xan Qərvənd kəndində həyətyanı sahəyə yığılmış 5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür; 

Qobustan rayonunda ümumi sahəsi 20 m² olan talvarın yanar konstruksiyaları və altına yığılmış 1,2 ton ot bağlamasının 370 kq yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2018-ci il saat 01:00-dək;

Qusar rayonunun Köhnə Xudat kəndində həyətyanı sahəyə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2018-ci il saat 00:45-dək:

Şəmkir rayonunun Aşağı Seyfəli kəndində həyətyanı sahəyə yığılmış 7 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.