Geri

28 iyul 2018-ci il saat 21:00-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində yerləşən yük avtomobillərinin dayanacağı və təmiri parkının ərazisində yanğınla nəticələnən partlayış hadisəsi baş vermişdir. Yanğın nəticəsində təmirə dayanmış ”DAF” markalı yük avtomobilinin birinci qoşqusunun yanar hissələri, ikinci qoşqusunun arxa hissəsi və yaxınlıqda dayanmış “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Qoşqunun qalan hissəsi, yaxınlıqda olan digər qoşqular və təmir sexləri yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Hadisə nəticəsində yanıq xəsarətləri almış 4 nəfər, 1951-ci il təvəllüdlü Rüstəmov Fərhad Əhməd oğlu, Məlikov Miri Bəhmən oğlu, 1981-ci il təvəllüdlü Məlikov Rövşən Məlik oğlu və 1980-ci il təvəllüdlü Quliyev Akif Eldar oğlu Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilmişlər. Xəstəxanadan alınan məlumata görə, yaralıların vəziyyəti ağırdır.

Geri

28 iyul 2018-ci il saat 18:00-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində yerləşən avtomobil parkının ərazisində partlayış baş vermişdir. Nəticədə parkın ərazisində dayanmış 1 ədən yük və 1 ədəd minik avtomobilində yanğın başlamışdır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Sumqayıt Regional Mərkəzinin xilasetmə dəstələri hadisə yerinə cəlb olunmuşdur. İlkin məlumata görə, hadisə nəticəsində yanıq xəsarətləri almış 4 nəfər xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilmişdir. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Geri

28 iyul 2018-ci il saat 16:30-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Qonaqkənd və İsnov kəndləri, Siyəzən rayonunun Ərziküş və Köhnə Quşçu kəndləri, Şabran rayonunun Zöhrabkənd kəndi yaxınlığında meşəətrafı ərazilərdə yanğın olması barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunmuşdur. İlkin məlumata görə, Quba rayonu ərazisində yanğınlar məhdudlaşdırılmışdır. Yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Yanğınsöndürmə işləri mürəkkəb reylefli yüksək dağ massivində aparılır. Əlavə məlumat veriləcək.

Geri

28 iyul 2018-ci il saat 13:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açmış və orada aşkarlanan 1950-ci il təvəllüdlü Minliko İbova Yakobovnanın cəsədini aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

 

Geri

28 iyul 2018-ci il saat 13:30-dək:

Cəlilabad rayonunun Kövüzbulaq kəndində ümumi sahəsi 180 m² olan tövlənin çardağının yanar konstruksiyaları 80 m² sahədə və çardağına yığılmış 6 ton ot bağlamasının 400 kq yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Şəki şəhərinin Sarıca kəndində 200 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Qobustan rayonunun Təklə kəndində ümumi sahəsi 35 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 9 ton ot bağlamasının 4 tonu yanmışdır. Köməkçi tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

28 iyul 2018-ci il saat 11:30-dək:

26 iyul 2018-ci il tarixində Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlar zamanı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupları tərəfindən aşkarlanan 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti aidiyyəti üzrə təhvil verilmişdir.

Geri

28 iyul 2018-ci il saat 11:15-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Qırlar kəndi yaxınlığında meşəətrafı ərazidə yanğın olması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğınsöndürmə işlərinə cəlb olunmuşdur. İlkin məlumata görə, bələdiyyəyə məxsus ərazidə 2 ha biçilmiş taxıl sahəsi və 0,5 ha sahədə kol-kos yanmışdır. Meşə ərazisi yanğından mühafizə olunmuşdur. Yanğın məhdudlaşdırılmışdır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Ərazi mürəkkəb relyefdə yerləşdiyi üçün yanğınsöndürmə işlərində əsasən əl əməyindən istifadə olunur. Əlavə məlumat veriləcək.

Geri

28 iyul 2018-ci il saat 09:30-dək, ilkin məlumata əsasən:

27.07.2018-ci il tarixində axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran rayonunda yerləşən Hirkan Milli Parkın ərazisində yanğın olması barədə məlumat daxil olmuşdur. Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilmişdir. Yanğın nəticəsində parkın ərazisində 10 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanmışdır. Parkın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın səhər saatlarında söndürülmüşdür.

Geri

28 iyul 2018-ci il saat 08:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.​

Geri

28 iyul 2018-ci il saat 07:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunda "BMW" və "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri "VAZ" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1988-ci il təvəllüdlü Balayev Vadim Nurbala oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.​

Geri

28 iyul 2018-ci il saat 05:45-dək:

Şamaxı rayonunun Meysəri kəndində ümumi sahəsi 54 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 10 ton ot bağlamasının 1 tonu yanmışdır. Tövlənin, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

28 iyul 2018-ci il saat 02:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Geri

28 iyul 2018-ci il saat 01:00-dək:

Şəki şəhərinin Cumakənd kəndində 100 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

28 iyul 2018-ci il saat 00:10-dək:

Astara rayonunda ümumi sahəsi 286 m² olan ikimərtəbəli 4 otaqlı evin mətbəxinin taxtadan ibarət tavanı 8 m² sahədə, 1 ədəd məişət avadanlığı və mətbəx mebeli qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.