Geri

25 iyul 2018-ci il saat 08:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qəbələ şəhərində 1 nəfər doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində pilləkən qəfəsinin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirmişdir. Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınmışdır. Əməliyyat başa çatmışdır.

Geri

25 iyul 2018-ci il saat 08:00-dək:

Şəki şəhərinin Qaratorpaq kəndində və Oğuz rayonunun Yaqublu kəndində 400 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı tövlələr yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​
Geri

25 iyul 2018-ci il saat 07:40-dək, ilkin məlumata əsasən:

24 iyul 2018-ci il tarixində axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlu 21 iyul 2018-ci il tarixində Zaqatala rayonunun Car kəndi yaxınlığındakı dağlıq ərazidə naməlum şəraitdə itkin düşmüşdür.

Q.İbrahimovun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi, kinoloqları və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin "Mi-17" helikopteri cəlb olunmuşdur.

Əlavə məlumat veriləcək.

Geri

25 iyul 2018-ci il saat 00:45-dək:

Biləsuvar rayonunun Xırmandalı kəndində ümumi sahəsi 84 m² olan birmərtəbəli 3 otaqlı binada 1 ədəd rabitə avadanlığı qismən yanmışdır. Yüksək temperaturdan otağın lambirdən ibarət tavanı 8 m² sahədə ərimişdir. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.