Geri

12 iyul 2018-ci il saat 12:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 10 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Tikiliyə bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 iyul 2018-ci il saat 11:30-dək:

07.07.2018-ci il tarixində axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samux rayonunun Burunqovaq kəndi yaxınlığında sıx kolluq və qamışlıq olan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb edilmişdir. Əməliyyat şəraiti qiymətləndirilərkən yanğının keçilməz sıx kolluq və qamışlıq olan bataqlıq ərazidə baş verdiyi, yaxınlıqdakı meşə zolağına keçmə təhlükəsinin olduğu müəyyən edilmişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200 ÇS” amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunmuşdur.
Həyata keçirilmiş yanğınsöndürmə tədbirləri nəticəsində yanğın 11.07.2018-ci il tarixində saat 20:50-də söndürülmüşdür.

Yanğın nəticəsində 230 ha sahədə sıx kollar və qamışlıq yanmışdır. Yaxınlıqdakı meşə zolağı, ərazidəki yulğun ağacları və ətraf ərazilər yanğından mühafizə olunmuşdur.

Geri

12 iyul 2018-ci il saat 11:00-dək:

Göyçay rayonunun Qızılağac kəndində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 iyul 2018-ci il saat 10:10-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

12 iyul 2018-ci il saat 05:10-dək:

Qax rayonunun Zəyəm kəndində ümumi sahəsi 180 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 37 ton ot bağlamasının 19 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.