Geri

11 iyul 2018-ci il saat 23:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı dağlıq ərazidəki meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunmuşdur.

Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınmış və yanğın saat 18:25-də söndürülmüşdür.

Yanğın nəticəsində 10 ha sahədə quru ot, kol-kos və ağaclar yanmışdır. Meşə zolağının qalan sahəsi yanğından mühafizə olunmuşdur.

Geri

11 iyul 2018-ci il saat 22:45-dək:

Tərtər rayonunun Qaynaq kəndində 5 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

11 iyul 2018-ci il saat 22:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

11 iyul 2018-ci il saat 22:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

11 iyul 2018-ci il saat 21:45-dək:

Hacıqabul rayonunun Birinci Udullu kəndində süni göldə batdığı ehtimal edilən 2000-ci il təvəllüdlü Əkrəmov Asiman Habil oğlunun axtarışları başa çatmışdır. A.Əkrəmovun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat başa çatmışdır.

Geri

11 iyul 2018-ci il saat 21:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1200 metr aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması barədə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfər xilas edilmiş, 2 nəfərin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat başa çatmışdır.

Geri

11 iyul 2018-ci il saat 21:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı çimərliyi istiqamətində (nəzarətsiz ərazidə) 2 nəfərin dənizdə qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən 2 nəfərə müvafiq köməklik göstərilmişdir. Əməliyyat başa çatmışdır.

Geri

11 iyul 2018-ci il saat 21:00-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 80 m² olan yardımçı tikilinin yanar konstruksiyaları, içərisinə yığılmış 200 kq ot bağlaması və 1 ədəd dəzgah yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Masallı rayonunun Çaxırlı kəndində ümumi sahəsi 75 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə və ətrafında 200 m² sahədə kol-kos yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Şəmkir rayonunun Dəllər qəsəbəsində ümumi sahəsi 360 m² olan istifadəyə yararsız tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Lənkəran şəhərinin Kənarmeşə kəndində ümumi sahəsi 70 m² olan tikilinin yanar konstruksiyaları 20 m² sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Salyan rayonunun Qızılağac kəndində ümumi sahəsi 88 m² olan talvarın yanar konstruksiyaları və altına yığılmış 14 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

11 iyul 2018-ci il saat 20:00-dək:

10.07.2018-ci il tarixində Abşeron rayonunun Novxanı çimərliyi istiqamətində (nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Şabıyev Cabir Bəhruz oğlunun axtarışları başa çatmışdır. C.Şabıyevin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.

Geri

11 iyul 2018-ci il saat 19:00-dək:

Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində meşə zolağında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin DYMX-nin və Aviasiya dəstəsinin müvafiq qüvvələri tərəfindən saat 18:20-də söndürülmüşdür. Əlavə məlumat veriləcək.

Geri

11 iyul 2018-ci il saat 18:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonunun Birinci Udullu kəndi ərazisində süni göldə 1 nəfərin batdığı ehtimal olunur. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.

Geri

11 iyul 2018-ci il saat 17:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

11 iyul 2018-ci il saat 17:30-dək:

Gədəbəy rayonunun Slavyanka kəndində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

11 iyul 2018-ci il saat 17:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

11 iyul 2018-ci il saat 16:15-dək:

Masallı rayonunun Dəmirçi kəndində ümumi sahəsi 70 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanmışdır. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

11 iyul 2018-ci il saat 14:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı meşə zolağında yanğın baş vermişdir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.

Geri

11 iyul 2018-ci il saat 09:00-dək:

Beyləqan rayonunun Allahyarlı kəndində ümumi sahəsi 266 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

11 iyul 2018-ci il saat 08:15-dək:

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd qoruyucu açar və giriş-çıxış kabelləri 6 p.m yanmışdır. Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunmuşdur. Elektrik lövhəsinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonunda "Mercedes" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "VAZ" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1960-cı il təvəllüdlü Əliyev Ülfət İbrahim oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

11 iyul 2018-ci il saat 07:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.​​

Geri

11 iyul 2018-ci il saat 02:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

11 iyul 2018-ci il saat 00:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.